Haker kimi düşünərək, hakerlərdən bir addım öndəyik!
Haker kimi düşünərək, hakerlərdən bir addım öndəyik!
Xidmətlərimiz üçün aşağı sürüşdürün
Üstünlüklərimiz
Cyberpoint-də innovativ təhlükəsizlik həlləri, təcrübəli mütəxəssisləri, yenilikçi texnologiya və sürəti bir araya gətirib sizin optimal təhlükəsizliyinizi təmin edirik!
Bizimlə təhlükəsizlik təhdidlərindən bir neçə addım irəlidə
Peşəkar və beynəlxalq sertifikatlı heyət
Kibertəhlükəsizlik həllərinin geniş spektrı
7/24 xidmət və texniki dəstək
Gələcəyimizi təsəvvür etmək
Gələcəyimizi təsəvvür etmək
Vəzifə
Şirkətimiz müştərilərinin kiber təhlükəsizliyini təmin etmək üçün daima yenilikçi təhlükəsizlik həllərini araşdırır və tətbiq edir. Sizin təhlükəsiz, komfort mühitində qalmağınız üçün fəaliyyət göstəririk.
Vizyon
Qlobal ölçüdə kiber təhlükəsizlik lideri olmaq, yenilikləri tətbiq edərək və standartlara əməl edərək müştərilərimizin elektron dünyada uğurlu və təhlükəsiz olmasını təmin etmək.
Dəyərlər
Yenilikçilik, etibarlılıq və mükəmməl olmaq bizi biz edən əsas dəyərlərdır. Hər bir layihədə bu dəyərləri təsdiqləyərək, müştərilərimizə qarşı öhdəliyimizi yerinə yetirir və onların məmnun qalmasını hədəfləyirik.
Cyberpoint ilə məlumatlarınızı qoruyun
Təhlükəsizlik Əməliyyatları Mərkəzi 7/24 bütün infrastrukturun monitorinqini həyata keçirən mərkəzdir. Sistem, şəbəkə və təhlükəsizlik avadanlıq və proqram təminatlarına aid hadisələr (log) mərkəzi monitorinq sistemi olan “SIEM” (Security Information and Event Manager) də toplanılır. Təhlükəsizlik Əməliyyatları Mərkəzi şəbəkələrdə, serverlərdə, verilənlər bazasında, proqram təminatlarında, vebsaytlarda və digər informasiya sistemlərində baş verən insidentlərə nəzarət edir, təhlükəsizlik pozuntularını araşdırıb dərhal reaksiya bildirirlər. Onlar həm hadisələr baş verməzdən əvvəl, həm də sonra məsələnin təhlili ilə məşğul olurlar.
Təhlükəsizlik Əməliyyatları Mərkəzi Xidməti
Nüfuzetmə Sınaqları
Kod təhlükəsizliyinin yoxlanılması
Kibertəhlükəsizlik maarifləndirmə xidməti, istifadəçilərə təhlükə və risklərlə qarşılaşdıqda addımlarını düzgün atmaq üçün yol göstərməyə çalışır. Kiber maarifləndirmə, şübhəsiz ki, daha çox təhdidlərin qarşısını almağa kömək edəcəkdir. E-poçt vasitəsilə ötürülən təhdidlər həmişə insanları hədəf alaraq onları linklərə klikləmək, qoşmaları açmaq ya da təhlükəsizlik divarının aşılmasında istifadə edilən parollar və şəxsi məlumatları paylaşmağa tərəf istiqamətləndirir. Ən son kibertəhlükəsizlik alətlərinə və ya ən mürəkkəb kibertəhlükəsizlik strategiyalarına nə qədər sərmayə qoymağınızın əhəmiyyəti yoxdur. Əgər istifadəçiləriniz şübhəli linki və ya saxta e-poçtu müəyyənləşdirə bilmirlərsə, müdafiənin zəifləməsi ehtimalı yüksəkdir.
Kibertəhlükəsizlik Maarifləndirmə Xidməti
Şərti Kiberhücum Simulyasiyası
Rəqəmsal istintaq xidməti
Kibertəhlükəsizlik Həllərinin Tətbiqi
Kibertəhlükəsizlik həllərinin tətbiqi şəbəkə, sistem və tətbiq təhlükəsizliyi həllərinin quraşdırılması, konfiqurasiya edilməsi həmçinin, təhlükəsiz infrastruktur dizaynıdır. Müəyyən edilmiş sərhəd ilə şirkət, sistem məlumatlarını saxlayan və ya emal edən bütün qurumların aydın və dəqiq təmsilçiliyinə sahib olmalıdır. Kibertəhlükəsizlik statistikasına görə, kiber hücumların bir çoxudaxildən gerçəkləşir. Bu səbəbdən də daxili təhdidlərinqarşısı alınmalıdır.
Kibertəhlükəsizlik Auditi Xidməti
Kibertəhlükəsizlik konsultasiyası
Kibertəhlükəsizlik məhsulları
Kibertəhlükəsizlik məhsullarımız, sizin məlumat təhlükəsizliyinizi nəzarət altında saxlamaq üçün ehtiyac duyduğunuz bütün alətləri ehtiva edir. İstənilən proqramlaşdırma mühitini dəstəkləyən SAST və DAST məhsullarımızla kodlarınızın təhlükəsizliyini təmin edin. WAF ilə veb tətbiqlərinizi müdafiə edin. EDR və XDR məhsullarımızla hücumlara hər an hazırlıqlı olun. NGFW ilə şəbəkənizi, PAM ilə idarəetmə hakimiyyətinizi, SIEM ilə monitorinq və hadisələrin təhlilini, SOAR ilə təhlükəsizlik avtomatlaşdırmasını, DLP ilə məlumat mühafizəsini, DNS ilə sistem adı təhlükəsizliyini və TI məhsulları ilə təhdidə qarşı fəaliyyətinizi gücləndirin. Bizim məhsullarımızla kibertəhlükəsizlik baxımından özünüzü daha güclü hiss edin.